Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt"a məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı komandada problemlərin olduğunu bildirib:

“Bu mövsüm ən pis oyunumuzu oynadıq. Komandanın daxilində problemlər var. Bu problemi tapmalıyıq. Keyfiyyət baxımından “Sumqayıt” bizdən daha üstündür. Amma çalışdıq əlimizdən gələni edək. Oyunçular oyuna tam köklənmişdi. Əsas səbəblərdən biri psixoloji vəziyyətdir. Bəlkədə bizim psixoloji durumumuz bu şəkildə olmasaydı bu yerlərdə olmayacaqdıq”. 

Qarşıdakı matçlar haqqında danışan mütəxəsis bu fikirləri səsləndirib:

"Qarşıdaki matç ev oyunumuzdur. Çalışacayıq maksimum dərəcədə xal alaq. Rəqibə baxmadan, çəkinmədən öz oyunumuzu oynamağa çalışacayıq”.