AZ

Azər Bağırov "Sumqayıt"a məğlubiyyəti belə şərh etdi

Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”ın qonağı olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, Bağırov 0:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib:

“Ən zəif oyunlarımızdan biri oldu. Qol vura bilməyəndə pis duruma düşürük. Bir neçə epizodumuz oldu, yararlana bilmədik. Komandanın daxilində problemlər var, onları tapmalıyıq.
İki fərqli hissə oynadıq. Birinci hissədə epizodlarımız oldu, fərqlənə bilmədik. Belə olan halda oyunçularda ruh düşkünlüyü yaranır. İkinci hissədə müəyyən tapşırıqlarım olmuşdu, onları icra edə bilmədilər. Heç, heç, heç bəyənmədim ikinci hissəni.
Bu gün uduzmuşuqsa, deməli, məğlub olmuşuq. Vaqif Cavadovla şəxsi duel barəsində düşünmürəm. Qarşıda maraqlı oyunlarımız olacaq”.

Seçilən
16
fanat.az

1Mənbələr