AZ

“Liverpul” “adidas”la əməkdaşlıq edəcəyini açıqladı

İngiltərənin “Liverpul” klubu rəsmi tərəfdaşı olacaq Almaniyanın “adidas” şirkəti ilə uzunmüddətli əməkdaşlığı haqda bəyanat yayıb.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir:

“Liverpul və “adidas”, idman geyimi nəhənginin klubun yenidən rəsmi tərəfdaşı olacağı yeni çoxillik əməkdaşlıq haqda razılığa gəliblər. 2025-ci ilin avqust ayının 1-dən bizim klubumuz ənənəvi üç zolağı daşıyacaq – bu, tarixdə artıq üçüncü dəfədir.

“adidas” “Liverpul”un bütün kişi, qadın və uşaq komandaları, həmçinin klub əməkdaşları üçün futbol, məşq və gündəlik dəstləri təchiz edəcək.

“Liverpul” və “adidas” bir neçə uğurlu dövr ərzində əməkdaşlıq ediblər: 1985-ci ilin başlanğıcından 1996-cı ilə, ardınca 2006-cı ildən 2012-ci ilə qədər. Bu müddət ərzində “qırmızılar” üç İngiltərə çempionluğu və üç İngiltərə Kuboku daxil olmaqla, çoxlu mükafatlar qazanıblar.

“adidas”ın futbol dəsti “Liverpul”un uğur rəmzidir” – klubun mətbuat xidməti paylaşıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 29 oyununda 70 xal toplamış “Liverpul” hazırda yarış cədvəlinə başçılıq edir. “Qırmızılar” cari mövsümdə İngiltərə çempionluğuna əsas namizədlərdir.

Seçilən
28
arena.az

1Mənbələr