AZ

“Çelsi” klubunun satışından əldə olunan pul Ukraynaya göndəriləcək

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Çelsi” Futbol Klubunun satışından əldə edilən milyardlarla funt-sterlinqi donduracağına söz verib.

Herbiand.az bildirir ki, bu barədə The Telegraph yazıb.

Nəşr xatırladıb ki, klubun sahibi rusiyalı milyarder Roman Abramoviç Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi səbəbindən kluba qarşı sanksiyalar tətbiq edildikdən sonra komandanı satıb.

Devid Lemmi vurğulayıb ki, satışdan əldə olunan gəlir Ukraynaya humanitar yardıma yönəldiləcək.

The Telegraph qeyd edib ki, təxminən 3 milyard dollar Britaniyanın xüsusi trestində dondurulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr