AZ

Britaniya kralı hansı musiqilərə qulaq asır?

Britaniya kralı III Çarlzın ən sevdiyi musiqilərin siyahısı tərtib edilib.

Modern.az xəbər verir ki, musiqi pleylisti birlik Gününü qeyd etmək üçün xüsusi əməkdaşlıq çərçivəsində tərtib edilib.

Pleylist əsasən Britaniya və Birlik ölkələrindən olan sənətçilərin yer aldığı 17 trekdən ibarətdir. Kralın pleylistinə müxtəlif dövrlərə və janrlara aid mahnılar - 1970-ci illərin musiqisindən tutmuş müasir musiqiyə, reqqi və diskotekadan tutmuş rep və hip-hopa qədər mahnılar var.

Siyahıda bir nömrədə yamaykalı reqqi sənətçisi Bob Marlinin "Could You Be Loved" mahnısı durur. Siyahıda, həmçinin avstraliyalı pop müğənni Kylie Minogue, amerikalı Qreys Cons və britaniyalı müğənni Raye də var.

Kral III Çarlzın Pleylistindəki digər dünyaca məşhur sənətçilər arasında 1980-ci ildə "Upside Down" mahnısı ilə Diana Ross və 2003-cü ildə "Crazy In Love" mahnısı ilə Beyonce və Jay-Z var.

Seçilən
31
modern.az

1Mənbələr