AZ

"Trabzonspor" Şenol Günəşlə bağlı qərarını verdi

Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Şenol Günəşi istefaya göndərib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Bu arada DHA xəbərinə görə; Şenol Günəşin “Trabzonspor”da baş məşqçi vəzifəsinə xitam verilərkən, ona əvvəlcə idman direktoru, sonra isə futbol direktoru vəzifəsi təklif olunub.

Təxminən 4 saat davam edən görüşdə bu axşamkı məşqdə Şenol Günəşin komandanın başında olmayacağı bildirilib. Məşqdə köməkçi məşqçilər Hüseyn Çimşir və Şeref Çiçək olacaq.

Şenol Günəşin idman direktoru vəzifəsini qəbul etmədiyi və onun futbol direktoru vəzifəsini qəbul edib-etməyəcəyinin 1-2 saat ərzində bəlli olacağı bildirilib.

Seçilən
42
90deqiqe.az

1Mənbələr