Özbəkistanın paytaxtı Yunusabad rayonundakı “Poytaxt” ticarət mərkəzində bazar günündən bazar ertəsinə keçən gecə yanğın baş verib. Saat 01:20-də Daşkənd yanğınsöndürmə idarəsinə ticarət mərkəzində yanğın barədə məlumat daxil olub.
Yanğınsöndürənlər saat 01:24-də hadisə yerinə gəlib və yanğın 11 dəqiqədən sonra söndürülüb. Xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəbləri, eləcə də dəymiş ziyanın müəyyənləşdirilməsi davam edir.
//Samir Qurbanov, Editor.az