AZ

Region qan gölünə çevrilir – “ABŞ İrana hücum edəcək”

ABŞ Prezidenti Donald Trampın “Fox Business Network”-a son açıqlaması diqqət çəkir. Belə ki, o, İranla nüvə silahı proqramı üzrə razılaşmanı müzakirə etmək istədiyini bildirib.

Xatırladaq ki, ABŞ lideri martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb. Xamenei də öz növbəsində İranın bu tələbləri qəbul etməyəcəyini açıqlayıb.

ABŞ-İran gərginliyinin perspektivi necədir? Gərginlik müharibəyə keçə bilər?

Politoloq Sahil Kərimli deyib ki, ABŞ-la İran arasında uzun müddətdir, gərginlik davam edir:

“Trampın hakimiyyəti dövründə bu münasibətlərin daha da gərginləşəcəyi, ağır müstəviyə qədəm qoyacağı şübhə doğurmur. Çünki Donald Trampın ilk hakimiyyəti illərində İrana qarşı necə aqressiv siyasət yürütdüyünün şahidi olmuşuq. Digər tərəfdən onun seçkiöncəsi verdiyi vədlərdən də aydın oldu ki, yeni mərhələdə İranı daha çətin günlər gözləyir. Bu gün həmin vəziyyətin ilkin işartıları özünü göstərir. Tramp administrasiyası İranın nüvə sahibi ola bilməyəcəyi ilə bağlı açıqlamaları onu göstərir ki, gərginlik tezliklə daha da pik həddə çatacaq.

sahil kerimli

Sahil Kərimli

İranın Ali dini lideri Əli Xamenei də bu məktuba qarşılıq verərək rəsmi Tehranın heç bir danışıqlara getməyəcəyini bildirib. İranın ABŞ-la hər hansı müzakirə aparması, təmaslar qurması, məsləhətləşmələr aparmaqla ilə bağlı planı yoxdur. Bu isə o deməkdir ki, İran nüvə əldə etməklə bağlı planlarında israrlıdır. Bu istiqamətdə daha da irəli getmək üçün addımlar atıla bilər”.

Politoloqun sözlərinə görə, ABŞ İrana hərbi müdaxilə edə bilər:

“İsrail və İran arasında son dövrlərdə gərginlik ən yüksək səviyyəyə çatıb. Suriya kartından da rəsmi Vaşinqton məharətlə istifadə edə bilər. Bəşər Əsədin devrilməsindən sonra İranın maraqları ciddi şəkildə sıxışdırılıb. Bölgədə yeni geosiyasi proseslər baş verir. Bu da İranın əleyhinədir. Tehran siyasi kursunu korrektə etmək məcburiyyətindədir. ABŞ və İran gərginliyi fonunda yeni siyasi və hərbi qarşıdurmaların olması gözləniləndir”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Seçilən
28
globalinfo.az

1Mənbələr