AZ

"Hər iki yanaşma tərzi Ermənistan üçün ciddi problemlər yarada bilər" - AÇIQLAMA

"Hər iki yanaşma tərzi Ermənistan üçün ciddi problemlər yarada bilər" - AÇIQLAMA"Ermənistan hazırda geopalitik labnitə düşmüş bir dövlətdir. Paşinyan hakimiyyətinin qərbə inteqrasiya siyasəti iflasa uğrayıb və Rusiya ilə də münasibətləri korlanıb. Hazırda, nə Rusiya ilə təhlükəsizlik münasibətləri mövcuddur, nə də ABŞ və Qərbdən təhlükəsiz təminatı ala bilib. Ermənistan hazırda qarışıq, xaotik xarici siyasət yürüdür. Rusiya geri qayıtmağa cəsarət eləmir, Qərbdən də üz çevirməyə hələlik gücü yetmir. Bu səbəbdən də müəyyən mənada Ermənistan ortalıqda qalmış bir dövlət təsiri bağışlayır. Belə bir situtsiyada Ermənistanın sülh prosesi ilə manipulyasiya etməsi də qaçılmaz xarakter daşıyır. Ermənistan onsuzda sülh sazişinə imza atmaq niyyətində deyil. Belə qeyri-müyyən vəziyyətdə isə ümumiyyətlə zaman qazanmağa daha çox üstünlük verir. Ona görə də bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə sülh prosesinə zərbə vuracaq addımlar atır".

Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

O, açıqlamasında qeyd edib ki, növbəti savaş situatsiyasında qərb Ermənistanı xilas edəcək mexanizmlərə də malik deyil:

"İndiki situatsiyada Paşinyan hakimiyyəti üçün Cənubi Qafqazda cərəyan edən proseslərə qərbdən verilən reaksiyalar olduqca böyük önəm daşıyır. Ancaq, rəsmi İrəvan hazır təxribatları törətsə də, qərbdən Ermənistanın gözlədiyi reaksiyalar verilmir. Çünki, həm ABŞ-ın, həm Avropa Birliyinin, həm də Fransanın belə başı tamamilə başqa problemlərə qarışıb. Qərbdə daha çox Avropa Birliyi məkanın təhlükəsizlik problemlərinin həll olunmasına yönəlik cəhdlər göstərilir. Yəni, belə vəziyyətdə Ermənistan üçün xaotik bir dövür başlamış kimi görsənir. Hamının dəstəyini əldə etməyə çalışan Ermənistan, hazırda heç kəsin dəstəyini qazana bilməyib. Bu səbəbdən də Azərbaycanla sərhəd bölgəsində situatsiyanı gərginləşdirməklə ümid edir ki, qərbdən dəstək mesajları ala bilər. Eyni zamanda, digər tərəfdən də sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməklə özünü sülhpərvər göstərməyə çalışır. Yəni, hər iki yanaşma tərzi Ermənistan üçün ciddi problemlər yaradan bir yanaşma tərzidir. Çünki, rəsmi İrəvan hələ də riyakarlıqla məşğuldur və bu riyakarlıq da Ermənistana yalnız və yalnız zaman itkisi qazandırır. Onlar əvvəl-axır anlamalıdılar ki, qərbdə Ermənistanın təhlükəsizliyinə heç bir təminat verə bilməzlər. Növbəti savaş situatsiyasında qərb Ermənistanı xilas edəcək mexanizmlərə də malik deyil. Belə vəziyyətdə yalnız Ermənistana təhlükəsizlik təminatını Azərbaycanla imzalanan yekun sülh sazişi verə bilər. Paşinyan hakimiyyəti bu reallığı qəbul etməyənə qədər Ermənistan fəlakətə doğru irəliləməkdə davam edəcək".

Seçilən
29
sonxeber.az

1Mənbələr