1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı "Dostluq" ordeni ilə təltif edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısının müvafiq fərmanı hüquqi informasiya portalında dərc olunub.
S.Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə təltif edilib.