AZ

Dünyanın ən qəribə stadionları... - FOTOLAR

Dünyanın müxtəlif yerlərində unikal görüntüsü və və qeyri-adi yerləşməsi ilə fərqlənən stadionlar mövcuddur. Bu, istər futbol azarkeşləri üçün, istərsə də turistlər üçün olduqca maraqlıdır. Orta əsrlərdən qalan futbol stadionlarının hazırda istifadə edilməsi futbola nə qədər önəm verildiyinin də bariz nümunəsidir.

Gundem.az “Qafqazinfo”-ya istinadən dünyanın ən maraqlı və qəribə 7 stadionunun siyahısını təqdim edir: "Serbiyanın Belqrad şəhərində yerləşən “Vozdovaç” stadionu – Bu stadion 2013-cü ildən fəaliyyət göstərir.  “Vozdovaç” Futbol Klubunun doğma meydanıdır. Bu stadionun qəribə tərəfi ticarət mərkəzinin üstündə tikilməsidir. Stadionda oyunların keçirilməsi UEFA tərəfindən təsdiqlənib və tutumu 5 mindir. 

İkinci olaraq bizə çox da uzaq olmayan qardaş Türkiyədə 2015-ci ildə inşa edilən “Timsah Arena”dır. “Bursaspor”un doğma meydanıdır. Klubun embleminə uyğun olaraq stadion timsah formasında tikilib. Tutumu 43 mindir. Dünyada bənzərsiz stadionlardan biri kimi siyahıya düşüb. 

Üçüncü maraqlı stadion Gürcüstanın Kaxetya şəhərində yerləşən “Tsentraluri”dir. Bu stadion orta əsrlərdə inşa edilən Kvareli qalasının içərisində yerləşir. Gürcüstanın 5-ci liqasında oynayan “Kvareli Druji” adlı komanda ev matçlarını burada keçirir. 1000 nəfərlik tutumu var. 

“Mmabatho” stadionu isə qəribə oturacaq dizaynı ilə fərqlənir. Stadion 1981-ci ildə Cənubi Afrikanın Mafikenq şəhərində inşa edilib. 59 min tutumu olan “Mmabatho” əvvəllər böyük matçlara ev sahibliyi etsə də, hazırda istifadə edilmir. 

Beşinci maraqlı stadion İkinci Dünya Müharibəsi zamanlarından qalan Nazi sığınacağının yanında yerləşən “Sportanlage Heiligengeistfeld”dir. Almaniyanın Hamburq şəhərində yerləşən stadionda hazırda  Sent-Pauli akademiyasının futbolçuları oynayır. Adolf Hitlerin təlimatı ilə 1940-ci ildə inşa edilən bu tikili hazırda lüks bir hotel olaraq xidmət edir. 

Cəbəllütariqdəki “Viktoriya” stadionu isə qeyri-adi yerləşməsi ilə fərqlənir. Stadion qayaların arasında yerləşir. Hazırda bu arenada futbol matçları keçirilir. Bununla yanaşı Cəbəllütariq Musiqi Festivalına ev sahibliyi edir.

Stadion Cəbəllütariq Hava Limanına yaxın ərazidə yerləşir. Xeyriyyəçi Con Makintoshun həyat yoldaşının şərəfinə adlandırılıb. İlk dəfə 1926-cı ildə Britaniya hərbi idman meydançası kimi açılıb. Tutumu 5 mindir. 

Sonuncu maraqlı stadion isə Şəki şəhər stadiondur. Dünyada maraqlı stadionlar siyahısında yer almasa da, ölkəmizdə yerləşən ən mənzərəli arenalardan biri hesab etmək olar. 

Təmirinin zəif olmasına baxmayaraq, bölgəmizin təbiətinin möhtəşəm mənzərəsi stadiona fərqlilik qatır. Stadion hazırda Region Liqasında mübarizə aparan “Şəki Siti” klubunun doğma meydanıdır. Tutumu 3500 nəfərlikdir. 

 

 

Seçilən
44
gundem.az

1Mənbələr