AZ

Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşdü – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə Dövlət Naziri Stiven Doutin və digər britaniyalı həmkarları ilə görüşlər keçirib.

Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X”də paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsinə diqqət çəkən görüş keçirilib.

Bundan əlavə, Hikmət Hacıyev Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb.

“Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb”, – məlumatda bildirilib.

67cf15508b5ac67cf15508b5ad174162465667cf15508b5aa67cf15508b5ab

Mənbə: globalinfo.az

Seçilən
21
49
globalinfo.az

10Mənbələr