Keçmiş prezident Rodriqo Duterte vəzifədə olduğu müddətdə həyata keçirdiyi “narkotiklərlə müharibə” əməliyyatları zamanı törətdiyi iddia edilən bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) tərəfindən qırmızı bildirişlə Filippində axtarışa verilib.
Filippin Milli Polisinin (PNP) adı açıqlanmayan yüksək rütbəli rəsmisi, İnterpolun qırmızı bildiriş verdiyi Duterteni Honq-Konqdan qayıtdıqdan sonra saxlamağa ən azı 7 min polisin təyin ediləcəyini söyləyib.
Mövzu ilə bağlı məlumat "Manila Times" qəzetinin hesabatında yer alıb.
Duterteni ələ keçirmək üçün təhlükəsizlik qüvvələrinin paytaxt Manilada başda Ninoy Aquino hava limanı olmaqla müxtəlif nəqliyyat məntəqələrinə göndərildiyi bildirilir.