AZ

Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 azərbaycanlı itkin düşüb VİDEO

3700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında verilib.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil edilən təqdimatda bildirilib ki, 170 azərbaycanlı əsirin işgəncələrlə öldürülməsi istintaqla sübut edilib. Çıxışlar zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olan hallar da açıqlanıb.

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov Ermənistanın erməniəsilli Vera Ağasyanın meyitinin təhvil alınması ilə bağlı məsələyə heç bir münasibət bildirməməsinə də diqqət çəkib. Rəis müavini deyib ki, bütün bunlar Ermənistan tərəfinin itkin, əsir və girovlar məsələsində qeyri-konstruktiv movqeyinin göstəricisidir.

Çıxışlarda bildirilib ki, Azərbaycan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın itkinlərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
63
xezerxeber.az

1Mənbələr