AZ

Gəncədə 65 yaşlı kişini maşın vurdu

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim. Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzə yaxın küçələrindən birində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü N. İskəndərovu vurub.

65 yaşlı şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
10
1
bizim.media

2Mənbələr