Danimarkanın xarici işlər naziri Lars Rasmussen və müdafiə naziri Troels Poulson deyiblər ki, Kopenhagen lazım gələrsə, Ukraynaya sülhməramlılar göndərməyə hazırdır, lakin hələlik konkret planlar yoxdur.
NOCOMMENT.az xəbər verir ki, onların sözlərini Danimarkanın DR telekanalı yayıb.
“Avropada həm Putinə, həm də Vaşinqtona düzgün siqnallar göndərməyimiz vacibdir. Bu, atəşkəs və ya sülh razılaşması əldə etmək üçün Avropanın iştirakının lazım olduğu nöqtəyə gələrsə, Danimarkanın prinsipcə buna hazır olduğunu söyləməklə bunu edirik”, – Rasmussen bildirib.
Danimarka Müdafiə Nazirliyinin rəhbəri dəqiqləşdirib ki, hələlik konkret planlar yoxdur; hər şey Ukraynada hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq.