Dünyanın ən böyük çip istehsalçısı olan Tayvanın TSMC şirkətinin ümumi gəliri bu ilin ilk iki ayında keçən ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 553 milyard Tayvan dollarına (16,8 milyard dollar) çatıb.
Valyuta.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Bütün 2024-cü il üçün gəlir artımı 34% təşkil edib. "Bloomberg"in sorğusuna qatılan analitiklər birinci rübdə TSMC-nin gəlirlərinin 41% artacağını gözləyirlər. Onların fikrincə, şirkətin göstəriciləri ilə bağlı vəziyyət bütövlükdə yarımkeçirici sənayenin vəziyyətinin göstəricisi kimi qəbul edilir.
Süni intellekt (AI) texnologiyalarında davam edən bum elektronika istehsalçılarının güclü tələbini dəstəkləyir. Keçən həftə ABŞ-da yerləşən "Broadcom", elektronika istehsalçılarının süni intellekt çiplərinə böyük pul xərcləməyə davam etdiyini bildirib.
Bundan əvvəl başqa bir Tayvanın şirkəti olan "Hon Hai Precision Industry" ilin ilk iki ayı ərzində gəlirlərinin 25% artdığını bildirmişdi.
Paşa Məmmədli