AZ

Batil inancların təhlükəsi varmı?

Hər bir kəs hansısa bir inanca inanır. Hətta elələri var ki, inanclara görə həyatlarını alt-üst edib.

"Qabağından pişik keçərsə, geri qayıtmalısan, "duz tökülübsə, dava düşücək" və s. inanclar mövcuddur. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, insan real həyatda özünü daha çox təsdiqlədikcə qeyri-real şeylərə, talesmanlara inamı qalmayacaq:

"Batil inanclar lazımından artıq həddə olarsa, psixologiyada bu hədd patoloji hal kimi qəbul edilir. Belə olan halda psixoprofiloktik tədbirlərin görülməsi isəvacib olur. Əgər israrla nəyəsə inanmaq istəyirsinizsə, ən başda özünüzə inanın. Çünki, özgüvən insanı uğura aparan ən yaxşı duyğudur.İnsan hər zaman gördüyünə inanmağı üstün sayır. Bir-iki dəfə yerinə yetən əlamətlər onu bu inanca daha çox bağlayır. Nəticə isə çox vaxt təəssüf ki, xoşagəlməz sonluqla bitir. Bir sözlə insan bu cür batil inanclara inandıqca gündəlik həyatında beyni onunla vizual oyun oynayaraq, təsadüfləri tez-tez onun qarşısına çıxarır və sonda bu məsələlər insanda asılılıq yaradır".

Sevinc

Seçilən
33
1
hit.az

2Mənbələr