Müvəqqəti prezident əl-Şaraa: Suriya Rusiya ilə əlaqələri davam etdirmək istəyir.
Keçmiş prezident Bəşər Əsədi əvəz edən Suriya hakimiyyəti Rusiya ilə strateji əlaqələri qorumaq və münasibətlərin pozulmasının qarşısını almaq istəyir. Bunu “Reuters” agentliyinə müsahibəsində respublikanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa deyib.