ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ və Ukrayna arasında gələcək danışıqlar Kiyevə gələcək yardım üçün “açar” olacaq. Bu barədə RİA Novosti CNN-ə istinadən xəbər verir.
O, bu bəyanatı Səudiyyə Ərəbistanına gedərkən verib — ABŞ və Ukrayna nümayəndələri arasında növbəti görüş məhz burada baş tutacaq. Rubionun sözlərinə görə, bu görüş əvvəllər Vaşinqtonun təşəbbüsü ilə dayandırılmış Ukraynaya gələcək yardımın taleyini həll edəcək.
“Düşünürəm ki, yardımda fasilə ideyası, geniş mənada, həll edə biləcəyimizə ümid etdiyim bir şeydir. “Aydındır ki, sabah baş verəcəklər bunun üçün əsas əhəmiyyət kəsb edəcək.