AZ

Bir ailənin dörd üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rəqsanə Əbülfət qızı Məmmədova, övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü, 2021-cü il təvəllüdlü M və F hamamda çimərkən dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mənbə: oxu.az

Seçilən
88
15
oxu.az

10Mənbələr