Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Argentinatərəfinə dağıdıcı daşqınlar nəticəsində insanların ölümü iləəlaqədar başsağlığı verib.
Trend xəbər verirki, bu barədə Azərbaycan XİN-nin “X” sosial şəbəkəsindəkipaylaşımda deyilir.
“Argentinada çoxlu insan tələfatına, bir neçə nəfərin itkindüşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olandağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızıbildiririk.
Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektivbərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümidedirik”, - deyə paylaşımda bildirilir.
Baya Blanka liman şəhəri və onun ətraf ərazilərində daşqınlarcümə günü güclü yağış səbəbindən baş verib və bu təbii fəlakət10-dan çox insanın ölümünə səbəb olub. Bir gün ərzində təsirlənmişəraziyə təxminən 300 mm yağıntı düşüb ki, bu da şəhər üçün tariximaksimumdur.