AZ

"Bakı Karton və Qutu Fabriki MMC" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA

Bakı Karton və Qutu Fabriki MMC

Baş mühasib

Son tarix 10 apr 2025 - [email protected]

Vəzifə öhdəliklərinin qısa məzmunu:

  • Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
  • Hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
  • İqtisadi işlərin qabaqcıl forma və metodlarının tətbiq edilməsi;
  • Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
  • Müəssisənin iqtisadi fəaliyyətinin səmərəli sürətdə yönləndirilməsi, hesablama texnikasının geniş tətbiq olunması və bu zaman lazım olan bütün işlərin yerinə yetirilməsini təmin etməli;
  • İş zamanı yaranan iqtisadi problemlərinin həll edilməsinə yüksək səviyyədə nəzarət etməli;
  • Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli;
  • Müəssisə vəsaitinin qanunsuz sərf edilməməsinə nəzarət etməli;
  • Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
  • Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
  • Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.

Əsas tələblər:

  • İqtisadiyyat sahəsi üzrə ali təhsilli olmalı;
  • Xanım namizəd olmalı;
  • Maxsimum 35 yaşı olmalı;
  • PMS-ə (peşəkar mühasib sertifikatı) sahib olmalı;
  • Sahə üzrə ən azı 5 il iş təcrübəsi olmalı;
  • İş təcrübəsi istehsalat sahəsində olmalı;
  • Sumqayıt şəhərində yaşayan olsun;
  • Azərbaycan dili səlis, ingilis və rus dilləri isə arzuolunandır;
  • Dürüst, çevik, aktiv və dəqiq kimi şəxsi keyfiyyətlərə malik olmalı.

İş haqqında məlumat:

  • İş yeri: Sumqayıt şəhəri;
  • İş sahəsi: istehsalat sektoru;
  • İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət;
  • İş saatı: 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Əmək haqqı: 1500 azn (net);

Maraqlanan şəxslər zəhmət olmasa, cv formalarını mövzu yerinə vakansiyanın adını Baş mühasib qeyd etməklə elektron poçt ünvanına göndərmələri və ya +994 50 251 70 12 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
46
fed.az

1Mənbələr