AZ

Ukrayna istənilən halda ərazi güzəştinə gedəcək - Rubio

Ukrayna istənilən sülh sazişi çərçivəsində ərazi güzəştlərinə getməli olacaq.

Axar.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

"Hesab edirəm ki, hər iki tərəf bu vəziyyətin hərbi yolla həlli olmadığını başa düşməlidir. Ruslar bütün Ukraynanı fəth edə bilməzlər və təbii ki, Ukrayna üçün rusları 2014-cü ildə olduqları yerə ağlabatan müddətdə qayıtmağa məcbur etmək çox çətin olacaq", - o vurğulayıb.

Seçilən
43
axar.az

1Mənbələr