AZ

ABŞ dövlət katibi: Rusiya bütün Ukraynanı fəth edə bilməz

Ukrayna ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına yollanan ABŞ dövlət katibi Marko Rubio bildirib ki, məsləhətləşmələr zamanı onun nümayəndə heyəti Kiyevin sülh naminə hansı güzəştlərə getməyə hazır olduğunu anlamağa çalışacaq...

Poliqon BBC nəşrinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində jurnalistlərə müsahibə verən Dövlət Departamentinin rəhbəri deyib ki, Vaşinqton da müharibənin dayandırılması üçün hansı şərtlərin Rusiyanı qane edəcəyinə əmin deyil.

Eyni zamanda Rubio bəyan edib ki, hər iki tərəf, ola bilsin ki, ərazi güzəştlərinə getməli olacaq.

"Ruslar bütün Ukraynanı fəth edə bilməzlər və Ukrayna üçün yaxın gələcəkdə rusları 2014-cü ildə olduqları yerə qayıtmağa məcbur etmək, şübhəsiz ki, çox çətin olacaq", ABŞ dövlət katibi bildirib. “Biz Ukraynanın mövqeyini başa düşməliyik və sadəcə olaraq onların hansı güzəştlərə hazır olacağı barədə ümumi təsəvvür əldə etməliyik. Hər iki tərəf güzəştə getməyincə, atəşkəs olmayacaq və bu müharibənin sonu olmayacaq”, deyə Rubio jurnalistlərə bildirib

“Biz çox təfərrüata varmaya bilərik, danışıqlar otağında xəritədə xətlər çəkməyə bilərik, lakin onlar üçün real olaraq hansı güzəştlərin mümkün olduğu, bunun müqabilində nə əldə etmək istədikləri barədə ümumi fikir əldə etmək istəyirik. Onda biz Rusiyanın bu məsələdə mövqeyinin nə olduğunu öyrənəcəyik və bu, onların bir-birindən nə qədər uzaq olduğuna dair bizə kifayət qədər yaxşı qiymət verəcək”, ABŞ dövlət katibi əlavə edib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr