AZ

Ad günlərini birlikdə keçirə bilərlər

Pekin və Vaşinqton iyunda ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında mümkün görüşə hazırlığı müzakirə edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Wall Street Journal” yazıb.

Məlumata görə, iyunda “ad günü sammiti” ilə bağlı danışıqlar hələ ilkin mərhələdədir. Belə ki, Trampın doğum günü iyunun 14-nə təsadüf edir, Çin lideri iyunun 15-də anadan olub. Qeyd olunur ki, hər iki lider öz nümayəndələri vasitəsilə Trampın ABŞ prezident seçkilərində qalib gəldiyi 2024-cü ilin noyabrından görüşün keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Çin tərəfi ümid edir ki, ABŞ-lə birbaşa danışıqlar Pekinə Vaşinqtonun yüksək texnologiyalar sahəsində əlavə rüsumlar və məhdudiyyətlər tətbiq etməkdən imtina etməsi ilə bağlı razılığa gəlməyə imkan verəcək.

Seçilən
40
2
qafqazinfo.az

3Mənbələr