AZ

Polşa XİN rəhbəri Sorosun marionetidir - Mask

Polşanın xarici işlər naziri Radoslav Sikorski Corc Sorosun marionetindən başqa bir şey deyil.

Axar.az xəbər verir ki, bu fikri ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən iş adamı İlon Mask deyib.

X səhifəsində Sikorskinin Sorosla dostluq münasibəti haqqında bir istifadəçinin paylaşımını şərh edən Mask "Bəli, o, Sorosun marionetidir", - deyə bildirib.

Qeyd edək ki, bundan öncə X səhifəsində Sikorski və Mask arasında mübahisə yaşanmışdı.

Mask Ukraynadakı Starlink terminallarınını nəzərdə tutaraq əlaqəni kəsərsə, cəbhə xəttinin dağılacağını vurğulamışdı. Buna cavab olaraq Sikorski Kiyev üçün başqa rabitə xidmətləri provayderi tapacağı ilə açıqlamışdı.

Seçilən
42
axar.az

1Mənbələr