Bakı. Trend:
Azərbaycan Ermənistanın əsassız ittihamlarını rədd edib vəişğaldan zərər çəkmiş ərazilərinin minalardan təmizlənməsindəbeynəlxalq dəstəyin vacibliyini vurğulayıb.
Trend xəbər verirki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digərbeynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin İnsanHüquqları Şurasının 58-ci sessiyasında Ermənistan təmsilçisininiddialarına cavab bəyanatında bildirilib.
Martın 10-da BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədəkeçirilmiş 58-ci sessiyasında Azərbaycan Ermənistan nümayəndəheyətinin öz ünvanına yönəltdiyi ittihamları təkzib edib və yalannarrativlərin təkrarlanmasının dayandırılmasına çağırıb. Bəyanatdavurğulanıb ki, Azərbaycan dünyada mina silahı ilə ən çox çirklənmişölkələrdən biridir. Ermənistanın işğalı dövründə Azərbaycanərazilərində 1,5 milyondan çox mina və çoxsaylı digər partlayıcıqurğu basdırılıb. Hazırda Azərbaycan ərazisinin 13%-dən çoxuminalarla çirklənmiş vəziyyətdə qalır.
“Minaların və tələlərin yaşayış məntəqələrində və obyektlərində,keçmiş cəbhə xəttindən uzaqda, dinc sakinlərin qovulduğu vəqayıtmalı olduqları məskənlərdə yerləşdirildiyinə dair çoxsaylısübutlar var. Hətta qəbiristanlıqlar və mədəni obyektlər dəmaksimum itkilər yetirmək məqsədilə minalanıb”, – sənəddə qeydolunub.
2020-ci ildə müharibənin başa çatmasından bəri Azərbaycandatəxminən 180 min hektar ərazi təmizlənib, burada 56 460 mina və 121188 partlayıcı obyekt aşkar edilib. Buna baxmayaraq, minatəhlükələri azad edilmiş ərazilərin bərpasına və inkişafına əngəltörətməyə davam edir, məcburi köçkünlərin təhlükəsiz qayıdışınıçətinləşdirir və təxminən 4 min itkin düşmüş Azərbaycanvətəndaşının axtarışlarını mürəkkəbləşdirir.
Ermənistan nümayəndə heyətinin mümkün şübhələrinə cavab olaraq,Azərbaycan beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarlatanış olmağı təklif edib.
Azərbaycan həmçinin qeyd edib ki, 2020-ci ildən bəri ölkəninhumanitar minalardan təmizlənməsi üçün xarici mənbələrdən yalnızcəmi 6%-i ayrılıb və bu məsələdə beynəlxalq həmrəyliyin və dəstəyinvacibliyini vurğulayıb.