"Real Madrid"də az şans verilən Arda Güler karyerasını başqa klubda davam etdirə bilər.
Offsideplus.az BILD-ə istinadən xəbər verir ki, 20 yaşlı türk futbolçu ilə Almaniya Bundesliqası klubları yaxından maraqlanır. Bu klublar "Anytraxt" və "Bayer"dir (Leverkuzen). Xüsusilə Xabi Alonsonun baş məşqçisi olduğu klub Florian Virtsin mümkün gedişi halında yaranacaq boşluğu Arda Güler ilə doldurmaq istəyir. "Ayntraxt"dan fərqli olaraq "Bayer" yarımmüdafiəçini birbaşa satın almağı düşünür.
Qeyd edək ki, Arda Güler cari mövsüm 29 oyunda cəmi 1081 dəqiqə top qovub. O, "Kral klubu"nda 3 qol və 5 assistə imza atıb.