AZ

Yarış vaxtı şok olay: Rəqibi onu dəyənəklə vurdu, beyin sarsıntısı keçirdi - Video

İdman dünyası Virciniya ştatının yüngül atletika çempionatı zamanı yaşanan qeyri-idman davranışından şoka düşüb.

Publika.az xəbər verir ki, sprinter Kaylen Taker yarış zamanı rəqibi tərəfindən dəyənəklə vurulduqdan sonra beyin silkələnməsi və kəllə sümüyünün sınığı təhlükəsi ilə üzləşib.

Hadisə qapalı məkanda 4x200m estafet yarışı zamanı baş verib. Taker daxili zolağa girmək istəyərkən başqa bir qaçışçı qəflətən dəyənəyi yelləyərək onun başına vurub. Zərbə anı kameraya düşüb və tamaşaçılar gördükləri mənzərədən şok keçiriblər. Zərbədən sonra idmançı başını tutaraq qəfil yarış zolağını tərk edib. Bundan sonra onun komandası yarışdan çəkilmək məcburiyyətində qalıb.

“New York Post”un məlumatına görə , həkimlər Kaylenə beyin silkələnməsi və kəllə sümüyünün sınığı şübhəsi diaqnozu qoyublar. Nə hadisəni törədən idmançı, nə də məşqçisi zərərçəkəndən üzr istəməyib.

Seçilən
37
1
publika.az

2Mənbələr