AZ

Serbiya prezidenti: "Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Serbiyada etiraz edən tələbələr və müxalifət tərəfdarları ölkə rəhbərliyini keçid hökumətinin yaradılmasına razılıq verməyə məcbur etmək üçün martın 15-də bir sıra dövlət strukturunu ələ keçirməyə cəhd edəcəklər".
Oxu.Az-ın "Tanyuq" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Dövlət strukturlarının ələ keçirilməsindən sonra əsas tələb, onların planlaşdırdıqları kimi, hansısa keçid hökumətinin yaradılması olacaq. Onlar prezidenti devirə bilməzlər, çünki bilirlər ki, bu, ordu ilə qarşıdurmaya səbəb olacaq. Nə qədər ki, sağam heç bir keçid hökuməti ilə razılaşmayacağam, məni öldürməli olacaqlar, başqa cür alınmayacaq", - deyə o vurğulayıb.
Seçilən
37
oxu.az

1Mənbələr