AZ

Buenos-Ayresdə Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayır

Bakı. Trend:

Sabah Argentinanın paytaxtı Buenos-Ayresdə dünya futboltarixinin ən böyük simalarından biri, dünya çempionu Dieqo ArmandoMaradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayacaq.

Trend xəbər verirki, ittihama görə, əfsanəvi futbolçunun ölümündə 7 həkimtəqsirləndirilir.

Maradona 2020-ci il noyabrın 25-də Buenos-Ayresdəki fərdi evindədünyasını dəyişib. Həmin dövrdə 60 yaşlı keçmiş hücumçu beyindəyaranan trombun əməliyyatından sonra bərpa prosesi keçirdi. Əvvəlcəonun ürəktutmasından vəfat etdiyi bildirilsə də, aparılanaraşdırmalar mərhumun ciyərlərində şiş aşkarlanması və həkimlərinsəhlənkarlığı ehtimalını gündəmə gətirdi.

Prokurorun sözlərinə görə, həkimlər Maradonaya qarşı səhlənkardavranıb, yanlış müalicə metodları seçib və futbolçunu songünlərində ağır və dözülməz vəziyyətdə taleyin ümidinə buraxıblar.İstintaq zamanı məlum olub ki, gecə növbəsində çalışan tibbbacılarından biri Maradonanı oyatmamaq barədə göstəriş aldığınıbildirib.

Uzun müddət davam edən araşdırmalardan sonra yalnız 4,5 ildənsonra həkimlər məhkəmə qarşısına çıxarılır. Prosesin 4 ay ərzindəyekunlaşdırılması planlaşdırılır. Əgər ittihamlar sübuta yetirilsə,təqsirləndirilən şəxslər 25 ilə qədər azadlıqdan məhrum ediləbilərlər.

Seçilən
55
az.trend.az

1Mənbələr