AZ

Aİ-nin “missiyası” bölgə üçün başağrısıdı - RƏY

İrəvan “Binokl siyasəti” adı verilən təxribat xarakterli fəaliyyəti ilə regionda gərginliyin artmasına rəvac verməkdədir

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar. Aİ müşahidəçiləri Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Sherg.az"a deyib ki, Avropa İttifaqının məhdud kontingentdə Ermənistanda yerləşdirilməsi haqqında razılaşma 2022-ci ildə əldə edilib. Siyasi şərhçi vurğulayıb ki, Fransa Prezidenti E.Makronun, Aİ Prezidenti Ş.Mişelin, Ermənistanın Baş naziri N.Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə razılığına əsasən missiya 2 ay müddətinə 40 nəfərlik heyətlə şərti sərhədlərdə müşahidə apararaq, iki ölkə arasında qarşlıqlı etimad mühitinin yaradılmasına dəstək verməli idi: 

"Lakin rəsmi Bakının fikrini öyrənmədən missiyanın müddəti 2027-ci ilədək uzadıldı və sayı 200-dək artırıldı. Bu azmış kimi Aİ-yə aidiyyəti olmayan Kanada da missiyaya qoşuldu. Aİ-nin əldə olunan razılaşmanı birtərəfli qaydada pozması və Kanadanın da bura cəlb edilməsi artıq bu missiyanın NATO-nun casus qrupuna çevrilməsinə şübhə yeri qoymadı. Müşahidə missiyası “binokl siyasəti” adı verilən təxribat xarakterli fəaliyyəti ilə regionda gərginliyin artmasına rəvac verməkdədir". 

Ə.Oruclu qeyd edib ki, Azərbaycana qarşı həyata keçirilən kəşfiyyat fəaliyyəti dəfələrlə haqlı olaraq rəsmi Bakının ciddi etirazlarına səbəb olub: 

"Bir müddət əvvəl məlum oldu ki, həmin missiya Ermənistanda şərti sərhəd boyu yaşayış məskənlərində təhsil müəssisələrinə gedib təbliğat işləri aparır, müəyyən görüşlər keçirir, gənclərə “tövsiyələrini” verir. Aİ-nin “müşahidə missiyası”nın gördüyü işlər Rusiyanı da narahat etməkdədir. Bütün bunlara baxmayaraq, Avropa İttifaqı nəinki həmin təxribat əməllərindən əl çəkmək istəmir, əksinə, bunu daha da genişləndirmək niyyətindədir. Görünür, N.Paşinyan iqtidarının da regionda sülh və təhlükəsziliyin bərqərar olunmasında marağı yoxdur. Paşinyan hər vəhclə çalışır ki, mürəkkəb, qarışıq vəziyyət yaransın. Dəfələrlə sübut olunub ki, Avropa İttifaqının müşahidə missiyası bölgə üçün başağrısıdı. Buna görə də Ermənistanı tərk etməlidir".

Seçilən
47
sherg.az

1Mənbələr