AZ

Perunun keçmiş prezidenti həbsxanada aclıq aksiyasına başlayıb

 Üsyan təşkil etməkdə ittiham edilərək həbsdə olan Perunun keçmiş prezidenti Pedro Kastilyo məhkəməsinə etiraz olaraq aclıq aksiyası keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının X-dəki səhifəsində deyilir.
"Törətmədiyim üsyan və digər cinayətlər üzrə siyasiləşmiş məhkəmə prosesinə və gözlənilən hökmə etiraz olaraq aclıq aksiyası keçirirəm” - paylaşımda bildirilir.

Bu mətndə eks-prezident onun başına gələnləri haqsızlıq adlandırır.

Sabiq dövlət başçısı onun işi üzrə dinləmələr başlayandan bir həftə sonra aclıq aksiyasına başlayıb.

Seçilən
45
ucnoqta.az

1Mənbələr