AZ

Yaponiyanın iqtisadiyyat naziri ABŞ-dən polad və avtomobil rüsumlarından azad edilməsini xahiş edib

Bakı. Trend:

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yoji Muto,ABŞ-a səfəri zamanı amerikalı həmkarlarından Tokionu Vaşinqtonunidxal olunan polad və avtomobillərə tətbiq etməyə qərar verdiyirüsumlardan azad etməyi xahiş edib.

Trend xəbər verirki, bu barədə Muto ABŞ-nin ticarət naziri Hovard Latniklə görüşdənsonra keçirilən mətbuat konfransında danışıb.

Muto mətbuat konfransında, “Ölkəmiz ABŞ hökumətinin daha əvvəlelan etdiyi tarif tədbirlərinə tabe olmamalıdır” deyib. O, əlavəedib ki, Amerika tərəfi ikitərəfli iqtisadi əlaqələrin inkişafı iləbağlı yaxın danışıqları davam etdirmək niyyətini ifadə edib. LakinMuto bu mövzuda danışıqların təfərrüatlarını açıqlamayıb.

Bundan əlavə, Muto qeyd edib ki, tərəflər enerji sektorundaəməkdaşlıq məsələsini, o cümlədən Yaponiyanın Amerikamayeləşdirilmiş təbii qazın alışını artırmağı müzakirə ediblər.

Seçilən
21
az.trend.az

1Mənbələr