"Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş "NNTV" xidməti aprelin 11-də ləğv ediləcək.
Pravda.az-ın xəbərinə görə, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla xidmət üzrə növbəti aylıq, həftəlik (xidmətin ləğv ediləcəyi tarixdən 7 gün əvvəl), həmçinin günlük (xidmətin ləğv ediləcəyi tarixdən 24 saat əvvəl) yenilənmələrə məhdudiyyət qoyulacaq.
Həmin tarixədək "NNTV" xidmətinə qoşulmuş istifadəçilər növbəti yenilənməyə qədər xidmətdən istifadə edə biləcəklər.
Tarix: 11 Mart 2025, 07:14