"Qəzza zolağına humanitar yardımların girişi ilə bağlı ultimatumun müddəti bitən gün - martın 11-də İsrail gəmilərinə hücumları bərpa etməyə hazırıq". AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Husilərin lideri Əbdülməlik əl-Husi deyib."Əl-Masirah" telekanalı tərəfindən yayımlanan tərəfdarlarına müraciətində o bildirib: "Daha əvvəl verilən ultimatumun qüvvədə qaldığını təsdiq edirik. Silahlı qüvvələrimiz əməliyyatları bərpa etməyə hazırdır. Qəzza zolağına yardım axınına başlamazsa, verilən müddət bitən andan hərbi tədbirlər tətbiq olunacaq".Martın 7-də Ənsar Allah lideri bəyan edib ki, əgər dörd gün ərzində Qəzzaya yardıma qoyulan blok açılmasa, husilər İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcəklər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta