AZ

Türkiyədən Rusiyaya uçan təyyarə Litvada məcburi eniş edib

İstanbul-Moskva reysini həyata keçirən Türkiyə aviaşirkətinə məxsus Airbus A330 təyyarəsi qəza siqnalı verərək, marşrutun dəyişdirilməsini istəyib və bundan sonra Belarus-Litva sərhədinə doğru hərəkət edib..

Poliqon bildirir ki, bu barədə “İnterfaks” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Airbus A330 təyyarəsinin kapitanı kursun dəyişdirilməsini tələb etdikdən sonra yanacaq bitməyə başlayıb və qəza siqnalı verib.

“Təyyarə Vilnüsə planlaşdırılmamış eniş edib. “Heç kim xəsarət almayıb” deyə agentliyin mənbəsi yekunlaşdırıb.

Poliqon.info

Seçilən
22
1
poliqon.info

2Mənbələr