AZ

“İncir reçeli 3” çəkiləcək

Bir dövrə damğasını vuran “İncir reçeli” filminin 3-cü hissəsi çəkiləcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rolunu bu dəfə də müğənni Halil Sezai canlandıracaq.

Ekran işinin rejissoru və ssenari müəllifi Aytaç Ağırlar olacaq. Filmin çəkilişlərinə gələn ay start veriləcək.

Xatırladaq ki, film ilk dəfə 2010-cu ildə yayımlanıb. Halil Sezai filmdə səsləndirdiyi “İsyan” mahnısı ilə populyarlaşıb.

Müğənni ilk filmdə aktrisa Melike Güner, ikinci filmdə (2014) isə Şafak Pekdemirlə tərəf müqabili olub. Filmin üçüncü hissəsi üçün aktrisa seçimi davam edir.

Seçilən
29
4
publika.az

5Mənbələr