AZ

Danimarka Ukraynaya sülhməramlılar göndərməyə hazırdır

Danimarka sülhməramlı qüvvələrin tərkibində Ukraynaya hərbi personal göndərməyə hazır olduğunu bildirib...

Poliqon xəbər verir ki, bunu krallığın xarici işlər naziri Lars Lokke Rasmussen deyib. Nazir qeyd edib ki, bu, yalnız atəşkəs və ya sülh razılaşması əldə edildikdən sonra baş verə bilər.

“Biz bildirdik ki, Danimarka, prinsipcə, uyğun şərtlər olarsa, sülhməramlı qüvvələrin yerləşdirilməsində iştirak etməyə hazırdır”, deyə Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Lars Lokke Rasmussen vurğulayıb ki, Danimarkanın töhfəsi ABŞ-nin Ukraynada sülhyaratma səylərini dəstəkləmək istəyindən asılı olacaq. O, Amerika hakimiyyətinin Ukraynaya göndərilə biləcək Avropa sülhməramlı kontingentinə təhlükəsizlik zəmanəti verəcəyini istisna etməyib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr