AZ

KİV: Zelenski münaqişə bitdikdən sonra Ukraynada hakimiyyəti itirməkdən qorxur

Ukrayna prezidenti Vladimir Zelenski münaqişə bitdikdən və Rusiya Federasiyası ilə sülh sazişi imzalandıqdan sonra hakimiyyəti itirməkdən qorxur...

Piliqon xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalında Şərqi Avropa üzrə mütəxəssis Alexander Libman bildirib.

Onun fikrincə, Ukrayna prezidenti ölkədə keçiriləcək seçkilərdə böyük çətinliklərlə üzləşəcək, çünki Zelenski hələ də xalqına verdiyi vədləri yerinə yetirməyib və bu məqsədlərin bir çoxuna nail olmayıb.

Ekspert qeyd edib ki, Zelenski yalnız Rusiya ilə düşmənçilik davam etdikcə hakimiyyətdə qala bilər. Libman vurğulayıb ki, müharibə Ukraynada hakimiyyətin indiki prezidentin əlində görünməmiş şəkildə cəmləşməsinə gətirib çıxarır. Zelenski mediaya da nəzarət edir. Münaqişənin sonu gücün bu konsentrasiyasının sona çatmasına gətirib çıxaracaq.

Poliqon.info

Seçilən
28
2
poliqon.info

3Mənbələr