Vatikan, keçən ay ağır bronxit səbəbiylə 25 gündür xəstəxanada yatan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı bugünkü sağlamlıq hesabatını açıqlayıb.
News24.az xəbər verir ki, açıqlamada bunlar qeyd edilib:
"Papanın klinik vəziyyəti stabildir. Əvvəlki günlərdə müşahidə edilən sağalma davam edir. Bu, həm qan analizləri, həm də kliniki tapıntılar və dərman müalicəsinə verdiyi yaxşı reaksiya ilə təsdiqlənib.
Lakin, klinik mənzərənin mürəkkəbliyini və xəstəxanaya yerləşdirmə zamanı mövcud olan ciddi infeksiyanı nəzərə alaraq, dərman müalicəsi xəstəxana şəraitində daha bir neçə gün davam etməlidir".
Bildirilib ki, Papa günü dua edərək və dincələrək keçirir.
Günel Məlikzadə