Bakı. Trend:
Tokionun Şinjuku dairəsində naməlum şəxs video yayımı zamanı birqıza bıçaqla hücum edib.
Trend NHKagentliyinə istinadən xəbər verir ki, hadisə Takadanobababölgəsində baş verib.
İlkin məlumatlara görə, 20-30 yaşlı qadın canlı yayımda olarkənnaməlum şəxs ona baş, boyun və qarın nahiyəsindən bıçaqla zərbələrendirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. FNN televiziyakanalının məlumatına görə, qurbanın "ürək-ağciyər tutulması"vəziyyətində olduğu ehtimal edilir, lakin dəqiq diaqnoz yalnızhəkimlər tərəfindən qoyula bilər.
Hücum edən şəxs artıq saxlanılıb və hadisə ilə bağlı araşdırmaaparılır.