AZ

Çexiya Azərbaycanın qaz tədarükü layihəsinə qoşulmaqda maraqlıdır - Nazirlik (ÖZƏL)

Bakı. Trend:

Çexiya “Həmrəylik Halqası” (Solidarity Ring) qaz dəhlizitəşəbbüsünə qoşulmaqda maraqlıdır.

Bu barədə Trend-əÇexiyanın Sənaye və Ticarət Nazirliyindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, ümumilikdə Çexiya diversifikasiyayayönəlmiş bütün layihələri dəstəkləyir və alternativ təchizatmarşrutlarının vacibliyini qəbul edir.

“Biz “Həmrəylik Halqası” adlandırılan təşkilatın birbaşaiştirakçıları və ya imzalayanları olmasaq da, bu təşəbbüsdə əsasrol oynayan Slovakiya ilə əlaqə nöqtəmizdə mövcud imkanları nəzərəalsaq, əlbəttə ki, bunda maraqlıyıq”, - mənbə bildirib.

Xatırladaq ki, “Həmrəylik Halqası” təşəbbüsünün həyatakeçirilməsini dəstəkləyən Anlaşma Memorandumu 25 aprel 2023-cü ildəSofiyada (Bolqarıstan) imzalanıb.

Sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçünAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dörd qaz nəqlisisteminin operatoru - Bulgartransgaz (Bolqarıstan), Transgaz(Rumıniya), FGSZ (Macarıstan) və Eustream (Slovakiya) arasındaəməkdaşlıq sahələrini müəyyən edir. Bu həcmlər “Həmrəylik Halqası”çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanınmodernləşdirilmiş qaz nəqli sistemləri vasitəsilə nəqlediləcək.

Bu infrastrukturun gücü ildə 5-9,5 milyard kubmetr qaza çatabilər. Aİ-dən lazımi maliyyə dəstəyi olarsa, təşəbbüs 2026-cı ilinsonuna kimi həyata keçirilə bilər.

Seçilən
10
1
az.trend.az

2Mənbələr