İngiltərənin “Mançester Yunayted” klubu yaxın vaxtlarda “Old Trafford” stadionunun əvəzinə yeni stadionun inşasına başlamağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanlar”ın rəhbərliyi yaxın zamanda bu barədə rəsmi açıqlama verəcək. Yeni arenanın 100 min tamaşaçı tutumu olacağı planlaşdırılır.
“Mankunianlı və dünyanın ən məşhur memarlarından biri olan Norman Foster, doğrudan da, “Mançester Yunayted”in gələcəyi üçün ən simvolik stadion layihəsini yaradıb”, – deyə məlumatda qeyd olunub.
“Əgər planımızı həyata keçirə bilsək və kuboklar qazanmağa başlasaq, 3-5 il ərzində ‘Mançester Yunayted’ dünyanın ən gəlirli klubu və ən simvolik stadionuna sahib olacaq,” — deyə klubun həmtəsisçisi Cim Retkliff bildirib.