AZ

Norfolk sakini oğurlandığı güman edilən XVI əsrə aid rəsm əsərini təhvil verməkdən imtina edir

Bakı, 11 mart, AZƏRTAC

XVI əsrə aid “Madonna və uşaq” rəsm əsəri yarım əsr əvvəl İtaliyanın şimalındakı bir muzeydən oğurlandıqdan sonra izsiz yoxa çıxıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, indi o, Britaniyada üzə çıxdıqdan sonra onun, oğurlanmış sənət əsərlərinin polis məlumat bazalarına salınmasına baxmayaraq, əsəri qaytarmaqdan imtina edən norfolklu qadının ixtiyarındadır.

Rəsm Londonda Milli Qalereyada təmsil olunan italiyalı Antonio Solario tərəfindən çəkilib. Onu himayə edənlər arasında İtaliya ilə ticarət edən bristollu parça taciri də var idi. Rəsm əsəri 1872-ci ildə Belluno Muzeyi tərəfindən alınıb, 1973-cü ilə qədər burada qalmıb və oğrular tərəfindən bir neçə başqa rəsmlə birlikdə oğurlanıb.

Onlardan bəziləri tezliklə Avstriyada tapılmışdı. “Madonna və Uşaq” mərhum keçmiş həyat yoldaşı Baron de Dozsa tərəfindən 1973-cü ildə satın alındığı üçün indi ona sahib olduğunu hesab edən Barbara de Dozsanın sərəncamına keçib. Boşanana qədər onlar onu XVI əsrə aid olan Norfolkdakı evlərində, VIII Henrixin “şəhər ətrafındakı kiçik saray” adlandırdığı Feykenhemdəki İst-Barşam mülklərində saxlayıblar.

2017-ci ildə de Dozsa rəsm əsərini regional hərrac evi vasitəsilə satmağa cəhd edib, lakin onu Belluno muzeyi ilə əlaqəsi olan adam görüb və onun İnterpol və İtalyan Karabinerləri də daxil olmaqla polis qüvvələrinin “ən çox axtarılanlar” siyahısında olduğunu təsdiqləyib.

COVID-in səbəb olduğu gecikmələrə görə, İtaliya rəsmiləri Britaniya polisinin tələb etdiyi müvafiq sənədləri təqdim edə bilməyib, buna görə də rəsm sadəcə olaraq 2020-ci ildə de Dozsaya geri qaytarılıb.

İncəsənət mütəxəssisi Kristofer Marinello dəfələrlə qadını rəsm əsərini qanuni sahibinə qaytarmağa inandırmağa çalışıb. Lakin o, 1980-ci il tarixli Məhdudiyyət müddəti haqqında Qanununa görə oğurlanmış malları alan şəxs, əgər alış “oğurluqla əlaqəli olmasa” və altı ildən çox keçibsə, onun qanuni sahibi elan edilə bilər.

Qadın iddia edib ki, saxlama və sığorta xərcləri ilə yanaşı, problemi həll etmək üçün 6 min funt sterlinq məhkəmə xərcləri ödəməli olub. Kristofer Marinello iddia edib ki, əgər o, bu xərcləri qadına qaytarsa, de Dozsa rəsmi ona geri qaytaracaq.

“Onun həyat yoldaşı 1973-cü ildə bir neçə yüz dollardan artıq pul ödəyə bilməyib. İndi bu, yəqin ki, 60-80 min funt sterlinqə (təxminən 75 mindən 100 min dollara qədər – red.) başa gəlir. Karabinerlər onu öz məlumat bazasına daxil ediblər və onu heç vaxt ordan silməyəcəklər. Rəsm İtaliyaya göndəriləndən dərhal sonra müsadirə olunacaq”, - deyə o, bildirib.

Seçilən
14
azertag.az

1Mənbələr