Bakı. Trend:
Bakının Sabunçu rayonunda 9 otaqlı evin qarajında yanğınolub.
Trend xəbər verirki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olanikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən, sahəsi 40 m² olanqarajın yanar konstruksiyaları və içərisindəki ev əşyalarıyanıb.
Evin digər hissələri alovdan mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.