AZ

Tramp müharibə anonsu verdi – Hərbi əməliyyatlar başlayır?

Son günlər ABŞ Prezidenti Donald Trampın İranla bağlı addımları diqqət çəkir. Ağ Ev rəhbəri Tehranı yeni saziş imzalamağa çağırıb, əks halda hərbi yola əl atılacağını açıqlayıb. Tramp ultimatum xarakterli məktubunun İranın ali rəhbəri Əli Xameneiyə çatdırıldığını və cavab gözlədiklərini bildirib. Xamenei isə Trampın nüvə məsələsində razılaşmaq yerinə, digər məsələlərlə bağlı əlavə şərtlər diktə etməyə çalışdığını və bu tələbləri qəbul etməyəcəklərini bəyan edib. Yəni İranın ali rəhbəri nüvə danışıqları ilə bağlı qapını açıq saxlayır, qalanlarını müzakirə etmək istəmir.

ABŞ-İran gərginliyi nə ilə nəticələnəcək?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Trampın İranla bağlı dedikləri iki əsas yanaşmanı vurğulayır:

“Hərbi müdaxilə və ya diplomatik sövdələşmə. Onun ritorikası maksimum təzyiq strategiyasına əsaslanır. Yəni İranı güzəştə getməyə məcbur etmək üçün sərt iqtisadi sanksiyalar və hərbi hədələrdən istifadə olunur. Əlbəttə ki, hazırda regionda, o cümlədən İsrail-İran münasibətləri fonunda baş verən gərginliklər hərbi müdaxilə variantını hər zaman gündəmdə saxlayır. Lakin ABŞ-ın həqiqətən bu varianta üstünlük verib-verməyəcəyi bir neçə faktordan asılıdır. Unutmaq olmaz ki, Tramp əvvəlki prezidentliyi dövründə böyük hərbi münaqişələrə qarışmamağa çalışıb”.

vvv

Vüqar Zifəroğlu

Ekspert bildirib ki, ABŞ-ın cari geosiyasi prioritetləri hazırda daha çox Çin və Rusiya ilə rəqabətə fokuslanıb:

“İranla genişmiqyaslı müharibə ABŞ üçün əlavə maliyyə və hərbi yükdür. Bu, Yaxın Şərq gərginliyi fonunda İsrailin maraqlarına uyğundur. Həmçinin yeni müharibə ABŞ ictimaiyyətində dəstək qazanmaya bilər. Bundan əlavə, Konqresin də razılığı olmadan Trampın böyük hərbi əməliyyatlara başlamaq imkanı məhduddur. Ukrayna ilə bağlı son proseslər onsuz da Amerika siyasi elitasında birmənalı qarşılanmayıb. Lakin Tehran Vaşinqtonun şərtləri ilə sövdələşməyə getməsə, Tramp ritorik səviyyədə hərbi təzyiqi artıra bilər. Daha çox İranın hələ də təsiri altında olan bölgələrə hava zərbələri, kiberhücumlar və xüsusi əməliyyatlar kimi məhdud hərbi addımların gündəmə gəlməsi mümkündür”.

Seçilən
28
bakuinfo.net

1Mənbələr