AZ

ABŞ və Ukrayna: İmzalar BU TARİXDƏ atılacaq

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna ilə Səudiyyə Ərəbistanında keçirəcəkləri görüşlərə işarə edərək, bu həftə nadir torpaq elementləri müqaviləsinin imzalana biləcəyini bildirib.

News24.az xəbər verir ki, Amerikanın Fox News kanalına danışan xüsusi nümayəndə Vitkoff çox ümidli olduğunu bildirib:

"Mən həqiqətən ümidliyəm. Düşünürəm ki, biz ora ciddi irəliləyiş əldə edəcəyimizə dair bir gözlənti ilə gedirik".

Eyni zamanda, Vitkoff ABŞ və Ukrayna arasında razılaşmanın hər iki ölkənin maraqlarına uyğun olacağını da bildirib.

Günel Məlikzadə


Seçilən
23
news24.az

1Mənbələr