AZ

“Qarabağ”la “Zirə” dünya reytinqində geriləyib, “Sabah”dan sıçrayış

Klubların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində planetin 501 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanı 3 klub təmsil edib. “Qarabağ” 147,75 xalla dünyada 103-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 16 pillə geriləyib.

“Zirə” 98,25 xalla 219-cudur. Bakı klubu 11 pillə geriləyib.

“Sabah” 68,5 xalla 353-cüdür. Paytaxt təmsilçisi 61 pillə irəliləyib. Ötən ay siyahıda olan “Turan Tovuz” cədvəldəki yerini itirib.

Qeyd edək ki, cədvələ 507 xalla “Real” başçılıq edir.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr